

Milli İnsan Resursları Forumu (MİRF) ölkəmizdə insan resursları sahəsində görülən işlər, milli keyslər, bu sahədəki beynəlxalq trendlər və onların lokal tətbiqlərinin sahənin peşəkarları tərəfindən müzakirə olunduğu tədbirdir. MİRF bu sahədə çalışan və insan resurslarının inkişafında könüllü olan iş adamları tərəfindən qeyri-kommersiya əsasları ilə illik olaraq keçirilməkdədir.
Forumun əsas məqsədi insan resursları sahəsindəki yerli təcrübələrin paylaşılması, bu sahədə olan problemlərin ictimailəşdirilməsi və həlli üçün peşəkar müzakirələrin təşkil olunmasıdır.
Forumda insan resursları sahəsində çalışan peşəkarlar, şirkət rəhbərləri və təsisçiləri, təlimçilər, tədris mərkəzləri işçiləri, bu sahə üzrə təhsil sistemi işçiləri və yeni çalışmağa başlayanlar və sahəyə marağı olan hərkəs iştirak edə bilər.
MİRF-in sosial şəbəkələr üçün (twitter, facebook, instagram) həştəqi #mirf2017 olacaq. Həştəqi istifadə edərək forumdan əvvəl və forum boyunca öz fikirlərinizi və suallarını bölüşə bilərsiniz.
Daha əvvəl keçirilmiş tədbirlərimizlə buradan tanış ola bilərsiniz.